07/12/2018
13:51
1315
| A A A
Manchester City transfer etdiyi futbolçunu oynada bilməyəcək

Columbus Crew klubunun və ABŞ millisinin qapışısı Zak Steffenin Manchester City-yə keçidi gerçəkləşib. Goal.az xəbər verir ki, transfer 7,5 milyon dollara başa gəlib. Qolkiper artıq yeni klubu ilə müqavilə bağlayıb. Steffenə İngiltərədə işləmək üçün hələlik icazə verilməyib. Bu səbəbdən növbəti mövsümü icarədə keçirməli olacaq. Qolkiperin Girona-ya icarəyə veriləcəyi deyilir. 23 yaşlı amerikalı ötən mövsüm MLS-in ən yaxşı qapıçısı seçilib.