07/12/2018
16:52
1331
| A A A
Beşiktaş 2 futbolçusunu satır

Beşiktaş iki aparıcı futbolçusu ilə yollarını ayırmağa yaxındır.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş son zamanlar klub üçün problem yaradan Rayan Babel və Pepenin satılmasına razılıq verib.

Hollandiyalı hücumçu ilə Braziliyanın Flamengo komandası yaxından maraqlanır. Portuqaliyalı müdafiəçiyə gəlincə, onun üçün ərəb və Çin klublarından gələn təklifləri dəyərləndirəcək. 

Qeyd edək ki, R.Babel Türkiyə Super Liqasının XI turunda Başakşehir-ə 0:1 hesabı ilə uduzduqları matçda baş məşqçi Şenol Günəşə "sən futbolu bilmirsən" söyləyib.