07/12/2018
15:34
1860
| A A A
“Transferin qiyməti Poqbanın keçid qiyməti ilə eyni olmalıdır”

Lyon-un prezidenti Jan-Mişel Olyas klubun yarımmüdafiəçisi Tanqay N’ Dombelenin satılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Goal.az xəbər verir ki, prezident futbolçunun satış qiymətini də açıqlayıb: “Yarımmüdafiəçini satmaq fikrimiz yoxdur. Əgər belə fikrə düşsək, transferin qiyməti Pol Poqbanın keçid qiyməti ilə eyni olmalıdır. Başqa təklıifləri qəbul etməyəcəyəm”.

Xatırladaq ki, Poqba 2016-da Yuvenyus-dan Manchester United-ə keçib. Transferinə rekord məbləğ-105 milyon avro xərclənib.

N’ Dombelenin Barcelona və Real-dan təklif aldığı deyilirdi. 21yaşlı futbolçu bu mövsüm Fransa çempionatında 16 dəfə forma geyinib. Hesabına 4 məhsuldar ötürmə yazdırıb.

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
1 səs