10/01/2019
11:52
4890
| A A A
Remzi yeni klubu ilə 5 illik müqavilə imzaladı

Arsenal-ın yarımmüdafiəçisi Aaron Remzi karyerasını İtaliyada davam etdirəcək.

Goal.az xəbər verir ki, valliyalı Turin klubuyla 5 illik sövdələşmə imzalayıb. Yeni klubunda ilinə 8 milyon avro alacaq. Bununla, Kriştiano Ronaldodan sonra “qoca senyora”nın ən çox qazanan futbolçusu olacaq.

Xatırladaq ki, Remzi Arsenal-la yeni müqavilə ilə bağlı razılığa gəlmədiyindən yayda Juventus-a qoşulacaq.