10/01/2019
16:10
2312
| A A A
Morata gedir, Uilson gəlir

Bournemouth-un hücumçusu Kallum Uilson Chelsea-nın hədəfindədir.

Goal.az xəbər verir ki, London klubunun baş məşqçisi Maurisio Sarri hücumçunun keçidini qışda həll etməkdə israrlıdır. İtaliyalı mütəxəssis Chelsea rəhbərliyindən bu məsələni tezləşdirməyi xahiş edib. “Zadəganlar” transferə 50 milyon avro ödəyə bilər. Lakin Bournemouth-un çalışdırıcısı Eddi Xay hücumçunun satılmayacağını bildirib. Cari mövsüm 20 oyuna çıxan Uilson 9 qol vurub, həmçinin 8 məhsuldar ötürmə edib.

Yeri gəlmişkən deyək ki, londonliların forvardı Alvaro Morata yaxın günlərdə klubdan ayrılacaq. Futbolçu icarə əsasında Sevilla-da çıxış edəcək. Moratanın agenti danışıqlar üçün Londona gəlib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2829 səs