10/01/2019
20:46
2394
| A A A
İkardi pul söhbəti edir

İnter hücumçusu Mauro İkardi məsələsində problemlə üzləşib.

Goal.az xəbər verir ki, argentinalı sözləşməni yeniləmək istəmir. Klubun nümayəndələri futbolçunun agenti olan həyat yoldaşı Vanda Nara ilə görüşərək problemi həll etməyə çalışıb. İnter İkardinin illik məvacibini 7 milyon avroya qədər artırmaq niyyətindədir. Bu, indiki qazancından iki dəfə çoxdur. Futbolçu isə 9 milyon avro tələb edir. Nara bildirib ki, tələb yerinə yetirilməsə yeni müqavilədən söhbət gedə bilməz.