10/01/2019
21:33
2591
| A A A
Kavani Çin klubunun təklifinə cavab verdi

Uruqvay millisinin və PSG-nin futbolçusu Edinson Kavani karyerasını Çində davam etdirmək istəməyib.



Goal.az xəbər verir ki, hücumçu Dalian Ephan-ın təklifindən imtina edib.

Asiyalılar müqaviləsi 2020-ci ilin yayında başa çatan cənubi amerikalının transferində maraqlı olsa da, Edinsonun istəyi çinlilərin arzusunu gözündə qoyub. Hücumçu karyerasını Avropada davam etdirəcəyini gizlətməyib.

Hazırda Chelsea və Atletico Madrid 31 yaşlı forvardı heyətində görmək istəyir.

Qeyd edək ki, 2013-cü ildən PSG-də çıxış edən Kavani Napoli-dən 64,5 milyon avroya transfer olunmuşdu. Bu müddətdə 265 oyuna çıxan hücumçu 183 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15453 səs