12/01/2019
11:19
1688
| A A A
Abidal Moratanın transferinə qarşı çıxdı

Barcelona-nın idman direktoru Erik Abidal Chelsea-nin futbolçusu Alvaro Moratanın Kataloniya klubuna keçidinə qarşı çıxıb.

Goal.az-ın Mundo Deportivo-ya istinadən yaydığı xəbərə  görə, ispan hücumçunun agentləri onu La Liqa təmsilçisinə təklif edib. Ancaq Abidal oyunçu ilə müqavilə imzalamamağa qərar verib. Buna iqtisadi məsələlərin səbəb olduğu bildirilir. Belə ki, klub Morata üçün 5 milyon avro icarə haqqını məqsədə uyğun hesab etməyib. Oyunçuya maaş məsələsində də problem yaranıb.