12/01/2019
13:50
1202
| A A A
Liverpool hücumçunu satmayacaq

Son günlərdə komandadan ayrılacağı iddia edilən Liverpool-un futbolçusu Divok Originin gələcəyinə aydınlıq gəlib.

Goal.az xəbər verir ki, 23 yaşlı forvard mövsümün sonuna qədər Liverpool-da qalacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Bir neçə Premyer Liqa klubunun Origiylə yaxından maraqlandığı, lakin Liverpool-un futbolçunu göndərmək niyyətinin olmadığı bildirilir.

Liverpool-un digər hücumçusu Dominik Solankenin Bournemouth-a satılmasından sonra, komandanın alternativ forvarda ehtiyacı olduğundan, Origi klubda qalacaq.

Qeyd edək ki, 2014-cü ildə Lille-dən transfer edilən Origi, cari mövsümdə 4 qarşılaşmada forma geyinib.