12/01/2019
17:36
1526
| A A A
PSG 80 milyon təklif etdi, Napoli razı olmadı

Napoli braziliyalı futbolçusu Allanın PSG-yə keçidinə razılıq verməyib.



Goal.az xəbər verir ki, Fransa çempionu yarımmüdafiəçi üçün 80 milyon təklif edib.

Lakin neapollular cənubi amerikalını satmaq istəməyib. A seriyası təmsilçisi futbolçunun Edinson Kavani ilə dəyişdirilməsinə də razı olmayıb.

Allanın satılmasının əsas əleyhdarı Karlo Ançelotti olub. Baş məşqçi klub rəhbərliyini də oyunçunu saxlamağa inandıra bilib.