05/02/2019
11:23
1405
| A A A
Hamşik Çində 27 milyon avro qazanacaq

Napoli-infutbolçusu Marek Hamşikin Çin təmsilçisi Daljan İfan-a keçidinin təfərruatı məlum olub.

Goal.az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının 31 yaşlı yarımmüdafiəçisi yeni klubu ilə 3 illik müqavilə bağlayacaq. O, bu müddətdə 27 milyon avro qazanacaq.

Daljan İfan-nın Hamşikin keçidi üçün Napoli-yə 25 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Hamşik 2007-ci ildən Napoli-də çıxış edir. Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slokaviya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7379 səs