05/02/2019
17:10
6737
| A A A
Juventus yayda 3 futbolçu transfer edəcək

Juventus yayda 3 transfer planlaşdırır.

Goal.az xəbər verir ki, siyahıda yer alan İsko və Marselo “qoca senyora”nın forvardı Kriştiano Ronaldonun tövsiyəsi ilə gətirilir. Hər ikisi portualiyalının Real-dan komanda yoldaşıdır. İsko “kral klubu”nun baş məşqçisi Santyaqo Solari ilə dil tapa bilmir. Buna görə yayda ayrılmaq istəyir. Ronaldo dostu Marselonu da Turin klubunda görmək istəyir. Siyahıdakı üçüncü futbolçu - Bayer Münich-in yarımmüdafiəçisi Xames Rodriges alman klubundan ayrılmaq niyyətindədir. Kolumbiyalı baş məşqçi Niko Kovaçın yanında qalmaq istəmir.

Qeyd edək ki, Ronaldo Real-dan Kazemironu da Juventus rəhbərliyinə tövsiyə edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5943 səs