07/02/2019
14:32
1197
| A A A
Bayer Münich 19 yaşlı forvardı heyətə qatır

Hamburg-un forvardı Yan-Fite Arp klubunu dəyişə bilər.

Goal.az Bild nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Bayer Münich-in formasını geyinməyə yaxındır. Münhen klubu keçidi artıq razılaşdırıb. Lakin transferin vaxtı barədə məlumat verilmir. Gənc hücumçu cari mövsüm Bundesliqanın ikinci divizionunda 11 oyunda meydana çıxıb. Hesabına 1 qol ötürməsi yazdırıb. Hamburq 20 turdan sonra ikinci divizionda şəriksiz liderdir.

Arp bu klubun yetirməsidir. Bundesliqada 2017-ci ildə debüt edib. Almaniyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında yer alıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7379 səs