08/02/2019
10:52
1048
| A A A
Mandzukiç Çin klubundan imtina etdi

Juventus-un hücumçusu Mario Mandzukiç Çindən gələn təklifi rədd edib.

Goal.az Corriere di Torino-ya istinadən xəbər verir ki, Superliqa təmsilçisi Dalian Yifang xorvatiyalı futbolçuya illik 10 milyon avro təklif edib. 32 yaşlı forvard isə Turin klubunda qalmağı üstün tutub.

Qeyd edək ki, Mandzukiçin Juventus-la 2020-ci ilə kimi müqaviləsi var. O, bu mövsüm 22 oyuna 9 qol vurub, 5 qol ötürməsi edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9884 səs