10/02/2019
11:01
1869
| A A A
Barcelona müdafiə xəttini gücləndirmək istəyir

Lyon-un futbolçusu Ferlan Mendi karyerasını İspaniyada davam etdirə bilər. 

Goal.az xəbər verir ki, Barcelona sol cinah müdafiəçisini heyətinə qatmaq niyyətindədir.

Kataloniyalılar 23 yaşlı fransalını yayda transfer etməyə qərar verib. Lakin Barcelona rəhbərliyi bu keçidin baş tutmamasından ehtiyatlandığı üçün ehtiyat variant da fikirləşib.

Mendinin transferi həll olunmasa, Atletico-da çıxış edən Filipe Luis sol cinahı gücləndirmək üçün heyətinə qatılacaq. 33 yaşlı futbolçu yayda azad agent statusu daşıyacaq.

Qeyd edək ki, Barcelona Betis-dən Junior Firponu da istəsə də, onun qiymətinin 50 milyon avrodur. Bu üzdən kataloniyalılar digər variantlara üstünlük verir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7381 səs