10/02/2019
20:40
3592
| A A A
Rişarlison Chelsea-nin hədəfində

Everton-un hücumçusu Rişarlison klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, braziliyalı futbolçuya bu dəfə Chelsea "elçi düşüb". Londonlular bu keçidin reallaşması üçün qarşı tərəfə müraciət edib. "Zadəganlar" rəqiblərini qabaqlamaq və transferi indidən reallaşdırmaqda maraqlıdır. 21 yaşlı oyunçusunu saxlaya bilməyəcəyini başa düşən liverpullular onun gedişi ilə artıq barışıblar. Lakin Everton Rişarlisonun transfer qiymətini 80 milyon funt-sterlinq dəyərində müəyyənləşdirib.

Qeyd edək ki, Rişarlisonu Atletico Madrid və Milan da transfer etmək istəyir. O, bu mövsüm 11 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs