12/02/2019
13:56
2748
| A A A
Juventus Salahı istəyir

Juventus daha bir möhtəşəm transfer həyata keçirə bilər.

Goal.az Sky News Arabia nəşrinə istinadən xəbər verir ki, Turin klubu Liverpool-un yarımmüdafiəçisi Məhəmməd Salahla maraqlanır. Juventus-un lideri Kriştiano Ronaldo məsələyə müsbət yanaşır. Keçidin 200 milyon avroya başa gələcəyi deyilir. Misirli yeni klubunda Paulo Dibalanı əvəzləyəcək.

Qeyd edək ki, Dibala turinlilərdən ayrlmaq niyyətindədir. Salahın transferi alınmasa, turinlilər Real-dan Marko Assensionu heyətə gətirməyə çalışacaq.

Cari mövsüm Salah İngiltərə çempionatında 26 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə verib. Manchester City-nin forvardı Serxio Aquero ilə birlikdə bombardirlər siyshısına başçılıq edir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9485 səs