09/03/2019
18:35
2861
| A A A
PSG-dən Koutinyo üçün 270 milyon avro

Çempionlar Liqasında Manchester United-ə məğlub olaraq (1:3) mübarizəni dayandıran PSG, növbəti mövsüm üçün transfer planlarını hazırlayır.

Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin yay transfer dövrü üçün ilk hədəfi Barcelona-nın futbolçusu Filippe Koutinyodur. 26 yaşlı futbolçunun qış transfer dövründə Fransa klubunun təklifini rədd etdiyi, amma mövsümün sonunda danışıqlar masasına otura biləcəyi deyilir.

PSG-nin braziliyalı vinger üçün 270 milyon avronu gözdən çıxardığı bildirilir.

Qeyd edək ki, Kataloniya klubu ilə 2023-cü ilədək müqaviləsi olan “sambaçı”, bu mövsüm iştirak etdiyi 38 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs