10/03/2019
13:21
2704
| A A A
Milan Romanyoliyə edilən üç təklifi rədd edib

Milan Alessio Romanyoli üçün gələn üç təklifi geri çevirib.

Goal.az Corriere dello Sport-a istinadən xəbər verir ki,Milan kapitan üçün 3 klubun transfer təklifinə rədd cavabı verib.

Bildirilir ki, Chelsea,Manchester United və Juventus Alessionun transferi üçün təklif göndərib,lakin Milan bu təkliflərə qəti şəkildə imtina edib.

"Rossoneri"lər liderinin satılması variantını ağlından belə keçirmir. Lakin bununla belə, top-klublar 24 yaşlı müdafiəçini transfer etmək üçün cəhdlərini davam etdirəcəklər.

Əgər Milan Çempionlar Liqasına gedə bilməsə,o zaman Romanyoli daimi şəkildə Çempionlar Liqasında oynayan Avropanın güclü klublarından birinə keçməsi üçün klubdan icazə istəyə bilər.

Qeyd edək ki, Romanyoli 2015-ci ildə 25 milyon avro qarşılığında Roma-dan Milan-a keçib. Bu mövsümdən isə Alessio komandasını kapitan sarğısı ilə meydana çıxarır.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs