10/03/2019
18:30
2724
| A A A
Tadiç top klubların hədəfindədir

Çempionlar Liqasının 1/8 final mərhələsində Real-ı mübarizədən kənarlaşdıran Ajax-ın futbolçusu Duşan Tadiç, böyük klubların transfer hədəfindədir.

Goal.az xəbər verir ki, Ajax-ın “kral klubu”nu 4:1 hesabı ilə məğlub etdiyi oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan 30 yaşlı futbolçu, Bayern Münich-in və Manchester City-nin transfer hədəfindədir. Hər iki klubun futbolçunun meneceri ilə danışıqlara başladığı deyilir.

Hollandiya təmsilçisinin serbiyalı vinger üçün 30 milyon avrodan aşağı təklifləri dəyərləndirməyəcəyi bildirilir.

Qeyd edək ki, Ajax-la 2022-ci ilədək müqaviləsi olan futbolçu, bu mövsüm iştirak etdiyi 40 oyunda 26 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16952 səs