10/03/2019
17:07
2094
| A A A
Napoli İnsinyeyə 100 milyon avro qiymət qoydu

Napoli-nin hücumçusu Lorenso İnsinye yayda komandasını dəyişə bilər.

Goal.az La Gazzetta dello Sport istinadən xəbər verir ki, Neapol klubunun rəhbərliyi 27 yaşlı italiyalını 100 milyon avroya satmağa hazırdır.

Futbolçunun xidmətlərində Manchester City, Liverpool və PSG klubları maraqlıdır. Sözügedən komandalar "qış transfer pəncərəsi" dövründə Napoli ilə əlaqə saxlayıblar, lakin transfer məbləği barədə razılığa gələ bilməyiblər.

Nəşrin məlumatına görə, Lorenso komandanın mükafatlar qazana bilməməsindən təəssüf hissi keçirir.

İnsinye Napoli-nin əsas heyətində 2009-cu ildən çıxış edir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16948 səs