12/03/2019
11:16
11907
| A A A
Zidanın Real-da görəcəyi ilk iş...

Real-ın yeni baş məşqçisi Zinəddin Zidanın klubda ilk işi Chelsea-nın yarımmüdafiəçisi NQolo Kantenin transferi ilə bağlı olacaq.

Goal.az xəbər verir ki, məlumatı La Gazetta nəşri yayıb. Nəşrin iddiasına görə, fransız mütəxəssis bu arzusunu artıq Madrid klubu rəhbərliyinə bildirib.

Xatırladaq ki, fransalı mütəxəssislə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, ilinə 16 milyon avro məvacib alacaq.

Zidan bundan əvvəl 2016-cı ildən 2018-ci ilin iyununa kimi Madrid təmsilçisini çalışdırıb. O, "kral klubu" ilə üç dəfə Çempionlar Liqası, iki dəfə UEFA superkuboku və klublararası dünya çempionatı, bir dəfə La Liqa və İspaniya Superkubokunun qalibi olub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16308 səs