12/03/2019
13:52
2731
| A A A
Marselo Real-da qalacaq

Real-ın braziliyalı müdafiəçisi Marselo klubdan ayrılmayacaq.

Goal.az A Bola Brazil nəşrinə istinadən xəbər verir ki, Zinəddin Zidanın “kral klubu”na qayıdışı müdafiəçini fikrindən daşındırıb. Nəşrin iddiasına görə, fransalı mütəxəssis klub prezidentindən Marselonu saxlamağı tələb edib. Zidanın futbolçu ilə şəxsən söhbət edəcəyi gözlənilir. Əvvəllər müdafiəçinin Juventus-a getmək istədiyi deyilirdi. Marselo Real-da əsas heyətdə yerini itirib. Keçmiş baş məşqçi Santyaqo Solari onun mövqeyini Serxio Reqilona həvalə etmişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16948 səs