12/03/2019
17:19
3648
| A A A
Zidan Marseloya Juventus-a keçməyə imkan verməyəcək

Zinəddin Zidanın Real-ın baş məşqçisi postuna təyin olunması bir neçə futbolçunun da fikrini dəyişməsinə səbəb olub.

Goal.az xəbər verir ki, onlardan biri də Marselodur.

Cari mövsüm əsas heyətdən kənarda qalan braziliyalı müdafiəçi yayda Juventus-a keçməyi planlaşdırırdı. Hətta tərəflər arasında ilkin razılıq da əldə olunmuşdu. Lakin Juventus-un "sükanı arxası"na keçməkdən imtina edən Zidan futbolçusunun da İtaliyaya köçməsinə imkan verməyib.

Fransalı mütəxəssis onu komandasının əsas simaları arasında görür və satılmasına qarşı çıxıb. Baş məşqçi dəyişikliyindən sonra "sambaçı" da getməklə bağlı fikrini dəyişib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3079 səs