12/03/2019
18:15
2370
| A A A
Karius Liverpool-a qayıda bilər

Beşiktaş-ın yayda Liverpool-dan 2 illik icarəyə götürdüyü Loris Karius bu mövsümün sonunda İngiltərə klubuna qayıda bilər.

Goal.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş almaniyalı qolkiperin çıxışından razı deyil. Son oyunlarda inamsız təsir bağışlayan 25 yaşlı qapıçının növbəti mövsümdə Beşiktaş-da olmayacağı bildirilib.

Qeyd edək ki, Karius Liverpool-a 2016-cı ildə Mainz-dan 7,5 milyon avro qarşılığında keçib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16948 səs