13/03/2019
12:33
7299
| A A A
İkardi 3 seçim qarşısında

İnter-in hücumçusu Mauro İkardi yayda Napoli-yə keçə bilər.

Goal.az AS nəşrnə istinadən xəbər verir ki, Neapol təmsilçisi futbolçunun agenti və həyat yoldaşı Vanda Nara ilə ilkin razılaşma əldə edib. Klub forvardın ilinə 9 milyon avro maaş, əlavə olaraq 2 milyon avro bonus təklif edir. İkardi Juventus-un da diqqət mərkəzindədir. Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi 26 yaşlı forvardla maraqlandıqlarını gizlətməyib. İtaliya mətbuatı Madrid Real-ının da argentinalı forvarda “elçi” düşdüyünü yazır. Bildirilir ki, “kral klubu”nun nümayəndəsi Vanda Nara ilə əlaqə saxlayıb. Madridlilər İkardiyə Napolinin təklif etdiyi məbləğdən çox məvacib verməyə hazırdır.

Xatırladaq ki, İnter fevral ayında kapitan sarğısını İkardidən alıb. Bundan sonra futbolçu heç bir oyuna çıxmayıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16323 səs