14/03/2019
13:14
3444
| A A A
Mbappe seriya A klubuna keçir? - direktorun vədi

PSG-nin forvardı Kilian Mbappe karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az Tuttosport nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu Juventus-un diqqətini çəkib. Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi klubun fanatlarına Mbappeni gətirəcəyini vəd edib:

“Fanatlara söz vermişəm. Əlimdən gələni edəcəyəm. Əminəm ki, Kilian Juventus-un formasını geyəcək”.

Transferin reallaşacağı inandırıcı görünmür. Paris təmsilçisinin prezidenti Nasser əl-Xelafi dəfələrlə Mbappenin satılmayacağını bəyan edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16323 səs