14/03/2019
16:13
7912
| A A A
Zidan Real Madrid-də ilk transferini etdi - RƏSMİ

Real Madrid yeni mövsüm üçün transfer edib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Porto-nun müdafiəçisi Edera Militaonu heyətinə qatıb. 21 yaşlı oyunçu ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, yaydan komandaya qoşulacaq. La Liqa klubu bu transfer üçün 50 milyon avro təzminat ödəyəcək.

Beləliklə, Real-ın baş məşqçisi Zinəddin Zidan Madrid klubuna qayıdışından sonra ilk transferini edib.

Qeyd edək ki, E.Militao bu mövsüm Portuqaliya çempionatında 20 matçda 2 qol vurub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16319 səs