15/03/2019
18:28
3574
| A A A
Suarezə əvəzləyici tapıldı

Barcelona hücumçu axtarışlarını davam etdirir.

Goal.az xəbər verir ki, Kataloniya klubunun maraqlandığı oyunçulardan biri də Celta-nın forvardı Maksi Qomesdir. Uruqvay millisinin üzvü ilə danışıqlara artıq start verilib. Onu həmyerlisi Luis Suarezə əvəzləyici gözündə görürlər. 22 yaşlı oyunçunun transfer qiyməti 50 milyon avrodur. Lakin hazırda La Liqada təhlükəli zonada qərarlaşan Celta elitanı tərk etsə, bu məbləğ ikiqat azalacaq. Qomes bu mövsüm meydana çıxdığı 24 oyunda 9 qol, 5 assistlə yadda qalıb.

Qeyd edək ki, Barcelona-nın maraqlandığı digər hücumçu Eintracht-lı Luka Yoviçdir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16950 səs