24/03/2019
11:30
2903
| A A A
Real Madrid ulduz futbolçunun agenti ilə danışıqlar aparır

Manchester United-in yarımmüdafiəçisi Pol Poqba yayda Real-a keçəcək.

Goal.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb. Dünyaca məşhur nəşrin iddiasına görə, fransalı futbolçunun meneceri Mino Rayola bir müddətdir onun "kral klubu"na keçidi üzərində işləyir. Elə 26 yaşlı oyunçu da hazırda özü üçün ən ideal klubun Real olduğunu düşünür.

Amma Manchester United-in 2016-cı ildə Juventus-dan 114 milyon avroya aldığı futbolçunu buraxmaq niyyətində olmadığı bildirilir. Digər tərəfdən Real-ın bu transferdə elə də maraqlı olmadığı deyilsə də, Zinəddin Zidanın həmyerlisini sərəncamında görməkdə maraqlıdır.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs