26/03/2019
11:08
11263
| A A A
Ronaldo daha bir Real-lıya göz dikib

Juventus-un hücumçusu Kriştianu Ronaldo keçmiş komandası Real Madrid-in daha bir futbolçusu ilə yenidən çiyin-çiyinə çıxış etmək istəyir. Goal.az xəbər verir ki, portuqaliyalı superulduz Marselodan sonra Rafael Varanın da alınmasının tərəfdarıdır.

34 yaşlı qol "maşını" bununla bağlı Juventus rəhbərliyinə müraciət də edib. O, "qoca sinyora"dan yayda Varanın alınmasını xahiş edib. Ronaldo Madrid klubundan ayrılmağı qərara alan Fransa millisinin üzvünün "Yuve"yə çox kömək edəcəyini düşünür.

Qeyd edək ki, Real-la müqavilə müddəti 2022-ci ilə qədər olan Rafael Varan 90 milyon avro müqabilində başqa kluba keçə bilər.

(matc.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8939 səs