26/03/2019
16:24
10469
| A A A
Mbappenin Real-dan tələb etdiyi maaş - Rekord təklif açıqlandı

Real Madrid-in yayda transfer etmək istədiyi Killian Mbappenin tələb etdiyi maaş açıqlanıb.

Goal.az Fransanın "L'Equipe" qəzetinə istinadən xəbər verir ki, PSG-nin ulduzu Madrid klubundan 15 milyon avro maaş tələb edib. Mbappe bildirib ki, bu tələb yerinə yetirilməyəcəyi halda PSG-dən ayrılmayacaq.

"France Football" nəşri isə iddia edir ki, Real 20 yaşlı futbolçu üçün PSG-yə 280 milyon avro təklif edəcək. Hazırda madridlilərin əsas hədəfi olan Mbappenin xidmətində klub prezidenti Florentino Peres və Zinəddinin Zidanın maraqlı olduğu bildirilir. Bu keçid baş tutsa, dünya rekordu qırılacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8918 səs