28/03/2019
16:11
10466
| A A A
Barcelona 4 futbolçusunu Ajax-a göndərir

Barcelona-nın 4 futbolçusu karyerasını Ajax-da davam etdirə bilər.

Goal.az-ın Kataloniya mətbuatına istinadən verdiyi məlumata görə, bunun Matteys de Liqtin transferi zamanı reallaşması gözlənilir.

Gənc müdafiəçini heyətinə qatmağa çalışan ispanlar pulla yanaşı, müdafiəçi Xuan Miranda və yarımmüdafiəçilər Oriol Busketslə Riki Puiqi qarşı tərəfə icarəyə verməyi təklif edib. Həmçinin, "Barsa" yanvarda Toulouse-dən aldığı mərkəz müdafiəçisi Jan-Kler Todibonu da Hollandiya klubuna transfer vərəqəsi ilə birlikdə verməyə hazırdır.

Klublar arasındakı yaxın münasibət keçidlərin reallaşmaq ehtimalını artırır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15453 səs