14/04/2019
12:29
4506
| A A A
Juventus-dan növbəti transfer bombası

Juventus-un yayda heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib.

Goal.az xəbər verir ki, Turin klubu bu mövsüm performansı ilə diqqətləri üzərinə çəkən Benfica-nın gənc ulduzu Joao Feliksin transferi üçün hərəkətə keçib.

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda Eintracht-a (Frankfurt) 3 qol vuraraq həftənin ən yaxşısı seçilən 19 yaşlı futbolçu üçün Juventus 100 milyon avro təklif edəcək. "Tuttosport"un məlumatına görə, Turin klubu Paulo Dibalanı sataraq bu transferi reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Joao Feliks cari mövsümdə oynadığı 36 matçda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15453 səs