15/04/2019
19:21
2188
| A A A
Manchester United Poqbanı ucuz satmayacaq
Real Manchester United-in futbolçusu Pol Poqbanı transfer etmək üçün səylərini artırır. 
Goal.az xəbər verir ki, "kral klubu” bu planı asanlıqla reallaşdıra bilməyəcək. Manchester United fransız futbolçunu 150 milyon avrodan aşağı satmaq niyyətində deyil. 
 
Üstəlik, MU-nin baş məşqçisi Sulşer Poqbanı komandanın lideri kimi görür və növbəti mövsümdə oyunu onun üzərində qurmağı planlaşdırır. 
 
Belə qiymət isə Real-ı qane etmir. MU rəhbərliyi qiymətdə güzəşt etməsə, Real rəsmiləri alternativ variantları nəzərdən keçirəcəklər. 
 
Real-ın yay transferi üçün büdcəsi 400 milyon avro müəyyənləşdirilib. 

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8924 səs