19/04/2019
16:00
2372
| A A A
Yoviç Real Madrid-ə keçməyə yaxındır

Eintracht-ın hücumçusu Luka Yoviç mövsümün sonunda karyerasını İspaniyada davam etdirməyə hazırlaşır. Goal.az xəbər verir ki, Barcelona-nın imtina etdiyi gənc forvardın Real Madrid-lə danışığı yekunlaşmaq üzrədir.

Madridlilər onun özü ilə yanaşı, klubu ilə də danışıqlar aparır. Bu danışıqların müsbət məcrada davam etdiyi və tərəflərin razılığa yaxın olduğu vurğulanıb. Transferin "kral klubu"na 50-60 milyon avroya başa gəlməsi gözlənilir.

Qeyd edək ki, Luka Yoviçin Eintracht-la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22738 səs