21/04/2019
11:24
8979
| A A A
Real Madrid-dən 320 milyonluq transfer

Real Madrid növbəti mövsüm üçün tranfser çalışmalarını sürətləndirib.

Goal.az xəbər verir ki, Zinəddin Zidanı yenidən komandaya qaytaran Florentino Peres transferlərə 500 milyon avro ayırıb.

"Daily Mirror"un məlumatına görə, gələn mövsüm Çempionlar Liqası, La Liqa və "Kral Kuboku"nda çempionluğu hədəfləyən Zidanın transfer büdcəsinin böyük hissəsini 3 futboçunun alınmasına sərf etmək istəyir.

Alıncaq futbolçulardan biri Eden Hazarddır. Məlumata görə, Real artıq belçikalı ulduzun trasferini Chelsea ilə razılaşdırıb və yaxın günlərdə açıqlayacaq. "Kral Klubu"nun Hazard üçün 100 milyon avro ödəyəcəyi deyilir.

Zidanın israrla istədiyi digər futbolçu Paul Poqbadır. Real fransalı ulduzun keçidi üçün Manchester United-lə danışıqları davam etdirir. İspanlar bu transferi də 100 milyon avroya həll etmək istəyir.

Zidanın son "bombası" Liverpool-dan Sadio Manedir. Fransalı mütəxəssis bu futbolçunun alınmasını çox istəyir. Real-ın afrikalı ulduz üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22739 səs