21/04/2019
14:24
2860
| A A A
Sane top klubların hədəfində

Bayern Münich Juventus Manchester City-nin futbolçusu üçün hərəkətə keçir.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiola ilə problemlər yaşadığı deyilən Leroy Sane, cari mövsümün sonunda “şəhərlilər”dən ayrılmaq niyyətindədir. Alman futbolçu ilə yaxından maraqlanan Bayern və Juventus onun üçün transfer təklifi etməyə hazırlaşır.

Manchester City-nin 2021-ci ilədək müqaviləsi olan vinger üçün azı 70 milyon avro tələb edəcəyi deyilir.

2016-cı ildə 50 milyon avro müqabilində Schalke-dən transfer olunan 23 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 42 oyunda 15 qol vurub, 18 məhsuldar ötürmə verib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs