23/04/2019
15:10
2393
| A A A
İkardinin satış qiyməti açıqlandı

İnter-in hücumçusu Mauro İkardi təkliflər almaqda davam edir.

Goal.az-ın məlumatına görə, Juventus-la yanaşı, PSG də ulduz futbolçunu heyətinə qatmaqda israrlıdı.

Paris təmsilçisi Argentina millisininin üzvünə Edinson Kavaniyə layiqli əvəzləyici gözü ilə baxır. Artıq həm "qoca sinyora", həm də PSG keçidlə bağlı qarşı tərəfə rəsmi müraciət edib. Oyunçusunu saxlamaqda niyyəti olmayan "neradzurra" da onun transfer qiymətini müəyyənləşdirib. Milanlılar sabiq kapitanı 70 milyon avroya satmağa hazırdı.

Qeyd edək ki, İkardi bir müddət əvvəl Real Atletico-nun da maraq dairəsində idi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15674 səs