24/04/2019
17:28
3633
| A A A
Manchester United Lukakunun qiymətini açıqladı

Manchester United futbolçusu Romelu Lukakunun transfer dəyərini müəyyənləşdirib.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” belçikalı hücumçu üçün 90 milyon avro tələb edir.

İtaliyanın Juventus və İnter klubları Lukakuyla yaxından maraqlanır. Yerli mətbuat Turin təmsilçisinin yay transfer dövründə 25 yaşlı hücumçu üçün Manchester United-ə 90 milyon avro ödəyəcəyini iddia edib.

Qeyd edək ki, Manchester United-lə 2022-ci ilə qədər müqaviləsi olan Lukaku, bu mövsüm 43 oyunda iştirak edərək, 15 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22436 səs