24/04/2019
18:51
2628
| A A A
Real Madrid Kurtuanı satmağı planlaşdırır

Tibo Kurtua mövsümün sonunda Real Madrid-dən ayrıla bilər.

Goal.az xəbər verir ki, "kral klubu" yayda belçikalı qolkiperi satmaq istəyir. Madridlilər 26 yaşlı qapıçıdan daha inamlı çıxış gözləsə də, o, ümidləri doğrulda bilmir. Kurtuanın şəxsi həyatının tez-tez şou-biznesdə müzakirə olunması da rəhbərliyin xoşuna gəlmir. İddiaya görə, Zinəddin Zidan növbəti mövsümdən çərçivəni Keylor Navasa tapşırmağı düşünür.

Qeyd edək ki, Kurtua Real-a mövsümün əvvəlində 40 milyon avroya Chelsea-dən keçib. 

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15675 səs