24/04/2019
19:28
2596
| A A A
Malkom İtaliya nəhənginin hədəfində

Barcelona-nın vingeri Malkom İtaliyaya köçə bilər.

Goal.az xəbər verir ki, Milan gənc futbolçunu heyətinə qatmaq niyyətindədir.

"Rossonerilər" mövsümün sonunda onu icarəyə götürməyi və ya birdəfəlik transfer etməyi planlaşdırır. Klubun idman direktoru Leonardo və rəhbər şəxslərdən olan Paolo Maldini futbolçunun meneceri ilə görüşüb. Tərəflər Braziliya millisinin üzvünün mümkün keçidini müzakirə ediblər. Milan rəhbərliyi Malkomu 50 milyon avroya transfer edə biləcəyini düşünür.

Qeyd edək ki, Malkom özü daha bir il Barcelona-da qalmaq istəyində olsa da, gedişini istisna etməyib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs