05/05/2019
16:55
4193
| A A A
Barcelona hücum xəttini gücləndirir

Barcelona heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi Groningen-də forma geyinən Ludovit Reysi transfer etməyə yaxındır. Bu barədə Hollandiyanın “De Telegraaf” nəşri məlumat yayıb.

Barcelona 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. Groningen Reysin transferindən bonuslarla birlikdə 7,7 milyon avro qazanacaq.

Erediviziya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi olan Reys, bu mövsüm 29 qarşılaşmada iştirak edib.

Reys, Hollandiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının da formasını geyinir.

Xatırladaq ki, Barcelona bir müddət əvvəl Ajax-ın holland yarımmüdafiəçisi Frenki de Yonqu transfer etmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22741 səs