08/05/2019
12:35
3008
| A A A
Neres Premyer Liqa nəhənginin hədəfində

Ajax-ın futbolçusu David Neres Liverpool klubunun diqqət mərkəzinə düşüb.

Goal.az xəbər verir ki, Mersisayd təmsilçisi 22 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Neresin Yurgen Kloppun yay transfer pəncərəsi dövründəki əsas hədəflərindən biri olduğu bildirilir. Braziliyalı futbolçunun transfer dəyəri 35 milyon avrodur.

Ajax-la bu mövsüm 50 qarşılaşmada iştirak edən Neres, 12 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçuyla London təmsilçiləri – Chelsea və Arsenal da yaxından maraqlanır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27013 səs