09/05/2019
15:22
3276
| A A A
Fenerbahçe Barcelona-dan futbolçu alır

Barcelona-nın futbolçusu Yasper Sillessen karyerasını Türkiyədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 30 yaşlı qapıçı ilə Fenerbahçe yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Cari mövsümdə Barcelona-da az şans qazanan holland oyunçu, bir müddət əvvəl açıqlamasında Barcelona-dan ayrılıb, daha çox forma geyinə biləcəyi klubda oynamaq istədiyini demişdi.

Fenerbahçe Sillesseni icarəyə götürmək niyyətindədir. Super Liqa təmsilçisinin Sillessen və Barcelona ilə ilkin əlaqələr qurduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm 8 qarşılaşmada iştirak edən Sillessenin Barcelona ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15686 səs