11/05/2019
11:04
1705
| A A A
Morata ilə bağlı qərar verildi

Atletico Madrid futbolçusu Alvaro Morata ilə icarə müqaviləsinin müddətini uzatmağa qərar verib.

Goal.az xəbər verir ki, Madrid klubu qış transfer pəncərəsində Chelsea-dən icarəyə götürdüyü ispan hücumçu ilə müqavilənin müddətini 2020-ci ilə qədər uzadacaq. Atletico bunun üçün London təmsilçisinə 16 milyon avro ödəyəcək.

Qeyd edək ki, Morata bu mövsüm La Liqada 14 matçda 6 qol vurub, 1qolun ötürməsini verib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16584 səs