11/05/2019
12:25
1277
| A A A
Robben Portuqaliyada çıxış edə bilər

Mövsümün sonunda Bayern-dən ayrılacağı açıqlanan Aryen Robben karyerasını Portuqaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, holland futbolçu Benfica-ya keçməyə yaxındır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Robbenin Benfica rəhbərliyi ilə danışıqlara başladığı bildirilib.

Bayern-də bir müddət əvvəl Aryen Robben və Frank Riberinin mövsümün sonunda klubdan ayrılacağı açıqlanmışdı.

Robben bu mövsüm Bayern ilə 16 qarşılaşmada iştirak edərək, 5 qol vurub.

(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22741 səs