12/05/2019
14:26
1558
| A A A
Roma-dan PSG-yə

Roma-nın futbolçusu Edin Dzeko karyerasını Fransada davam etdirə bilər.

Goal.az xəbər verir ki, bosniyalı hücumçu PSG-nin diqqət mərkəzinə düşüb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda, PSG-nin Dzekonun meneceriylə danışıqlar apardığı, ancaq Roma ilə hələ əlaqələrin qurulmadığı bildirilir. PSG Dzekonun transferini 23 milyon avroya həll etmək niyyətindədir.

33 yaşlı hücumçu bu mövsüm Roma ilə 37 qarşılaşmada iştirak edərək, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15690 səs