19/05/2019
10:25
2473
| A A A
Dani Alveş Premyer Liqaya keçə bilər

Cari mövsümün sonunda PSG ilə müqaviləsi başa çatacaq Dani Alveş klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, Paris təmsilçisi 36 yaşlı futbolçuya yeni – 1 illik müqavilə təklif edib. Amma Daninin bu təklifi qəbul etmədiyi, azı 2 illik müqavilə tələb etdiyi bildirilir.

Braziliyalı futbolçunun İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi və menecerinin bunun üçün danışıqlar apardığı deyilir.

2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, bu mövsüm iştirak etdiyi 30 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs