07/06/2019
15:34
3373
| A A A
Tottenham Eriksenin əvəzləyicisini tapdı

Tottenham yay transfer pəncərəsi dövründə klubdan ayrılacağı gözlənilən Kristian Eriksenə əvəzləyici tapıb.

Goal.az xəbər verir ki, London təmsilçisi Sporting-dən Bruno Fernandesi transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçinin agenti Migel Pinyonun Londonda olduğu və Tottenham rəhbərliyi ilə danışıqlar apardığı bildirilir.

Fernandeslə Tottenham-lə yanaşı, Manchester City, Manchester United, Atletico Madrid, PSG, Juventus kimi klublar da yaxından maraqlanır.

24 yaşlı oyunçunun transfer dəyəri 35 milyon avrodur.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33188 səs